Hillari Klinton yeni siyasi təşkilat yaratdı - "Birlikdə İrəli"

img

16-05-2017 [10:06]


Demokrat Partiyasının prezidentliyə sabiq namizədi, ABŞ-ın sabiq dövlət katibi Hillari Klinton yeni siyasi təşkilat yaradıb.

Bu barədə H.Klinton özünün "Tvitter”ində yazıb.

Yeni təşkilata "Onward Together” ("Birlikdə İrəli") adı verilib.

"Biz bu təşkilatı ona görə yaradırıq ki, insanlar ruhlansınlar, siyasi proseslərdə iştirak etsinlər, fəaliyyətlərini əlaqələndirsinlər və hətta seçkilərdə namizədliklərini irəli sürsünlər”, – Klinton qeyd edib.

"Onward Together”in məqsədi 66 milyona yaxın seçicinin dəstək verdiyi ideyaları davam etdirməkdir", təşkilatın rəsmi saytında vurğulanıb. 

"Fox News” telekanalının rəyinə görə, yeni təşkilatın yaradılması Klintonun rəsmi olaraq siyasətə qayıdışı deməkdir(APA).

Qeyd edək ki, ötən ilin noyabrında ABŞ-da  keçirilmiş prezident seçkilərində məğlub olan Hilları Klinton bütün ştatlar üzrə  seçici səslərinin say nisbətinə görə Donald Trampdan 3 milyon çox səs toplayıb. Hilları Klinton 65 844 610 , Donald Tramp isə 62 979 636 səs toplayıb.

Xatırladaq ki, ABŞ-da prezidenti ştatların seçki günü müəyyənləşdirdiyi xüsusi nümayəndələrdən ibarət Seçicilər Kollegiyası seçir. Prezident seçilmək üçün 538 nümayəndədən 270-nin səsini qazanmaq kifayətdir. Donald Tramp Seçicilər Kollegiyasının 304, Hillari Klinton isə 227 səsini toplayıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR
16:29 27.09.2025

Yol (esse)

00:01 27.09.2025

Bu gün ANIM GÜNÜdür

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA