Rəsmi Ankara İranla sərhədinin 144 km-lik hissəsinə hasar çəkir - Tehrandan rəsmi reaksiya

img

15-05-2017 [18:10]


İran Xarici İşlər Nazirliyinin sözçüsü Bəhram Kasımi Türkiyənin təhlükəsizlik məqsədi ilə Türkiyə-İran sərhədinə divar çəkməsi xəbərini anlayışla qarşıladıqlarını açıqlayıb.

Mia.az Türkiyə mediasına istinadən bildirir ki, Kasımi Tehranda keçirdiyi mətbuat konfransında Türkiyənin sərhədi hasara almasına belə cavab verib: "Biz iki ölkə arasındakı sərhədin daha təhlükəsiz hala gətirəcək istənilən addımı məmnuniyyətlə qarşılayırıq".

İran XİN-nin sözçüsü deyib ki, hasar sərhədin 0 noqtəsində deyi, Türkiyə torpaqlarında çəkiəcək: "Bütün hallarda sərhədin təhlükəsizliyi həm bizim üçün, həm də Türkiyə üçün gərəklidir. Ona görə, atılacaq addımları təqdir edirik".

Xatırladaq ki, Türkiyənin müdafiə naziri Fikri İşık ötən ay Türkiyə-İran sərhədinin də Suriya ilə olduğu kimi, hündür hasara alınacağını açıqlayıb. 

O, bu addımın İrana qarşı hərəkət deyil, bölgə xalqı və sərhəd təhlükəsizliyi üçün atılacağını bəyan edib 

Rəsmi məlumata görə, Türkiyə ilə İran arasındakı sərhədin 144 kilometrlik hissəsinə beton divar çəkiləcək. Bununla bağlı tender keçirilib, qalib şirkət müəyyənləşdirilib. Həmin şirkət iyun ayından işə başlayacaq.

Mia.az

Digər xəbərlər
SON XƏBƏRLƏR
16:29 27.09.2025

Yol (esse)

00:01 27.09.2025

Bu gün ANIM GÜNÜdür

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA