Merkeldən Türkiyəyə güc mesajı: “İncirlik aviabazasına alternativ axtarmaq məcburiyyətindəyik”

img

15-05-2017 [16:09]


"İncirlik aviabazasına alternativ axtarmaq məcburiyyətindəyik”.
 
APA-nın NTV-yə istinadən verdiyi məlumata görə, bu sözləri Almaniya federal kansleri Angela Merkel Türkiyənin bu ölkə parlamentarların "İncirlik" hərbi bazasında olan Almaniya hərbçilərinə baş çəkmələrinə icazə verməməsinə münasibət bildirərkən deyib. O qeyd edib ki, İordaniya "İncirlik" üçün alternativ ola bilər.
 
Ankaranın bu addımı atmasına səbəb kimi Almaniyanın Türkiyədə "Fətullahçı Terror Təşkilatı"na üzv olmaqda ittiham edilən türk hərbçilərə sığınacaq verməsi göstərilir. 

Xatırladaq ki, bu, Türkiyə ilə Almaniya arasında "İncirlik" bazası ilə bağlı yaşanan ikinci böhrandır. Ötən il Bundestaqın uydurma "erməni soyqırımı"nı tanımasından sonra da Türkiyə alman millət vəkillərinin "İncirlik"i ziyarət etməsinə icazə verməmişdi.
 
Qeyd edək ki, "İncirlik" aviabazası Türkiyənin Adana vilayəti ərazisində yerləşir və həm Suriyaya, həm də İraqa yaxındır.

Digər xəbərlər
SON XƏBƏRLƏR
16:29 27.09.2025

Yol (esse)

00:01 27.09.2025

Bu gün ANIM GÜNÜdür

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA