Türk zabitdən Amerikalı polkovnikə şillə kimi zərbə - Təqdim olunan medalı geri qaytardı

img

11-05-2017 [23:24]


Mayın 10-da Türkiyədə İncirlik hərbi bazasında İŞİD-ə qarşı koalisiyanın qərargahında vida mərasimi təşkil edilib.

Mia.az Teleqraf.com-a istinadən xəbər verir ki, mərasimdə bəzi zabitlər medalla təltif olunub.

Mərasim zamanı ABŞ-dan olan polkovnik Kevin Lehy Koalisiya qərargahında xidmət edən türkiyəli zabitə xidmətlərinə görə medal təqdim edib.

Bu zaman çıxış edən türk zabit "Sizləri üzmək istəmirəm. Lakin bu medalı qəbul etmək mümkün deyil. Çünki bu medalı mənə təqdim edənlər, həm də mənim düşmənim olan YPG ilə əməkdaşlıq edir” deyib.

Türk zabit əlavə edib ki, qüruru bu medalı qəbul etməyə imkan vermir. Medaldan imtina edən türk zabit daha sonra vida mərasimi toplantısını tərk edib.

Digər xəbərlər
SON XƏBƏRLƏR
16:29 27.09.2025

Yol (esse)

00:01 27.09.2025

Bu gün ANIM GÜNÜdür

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA