Litva Rusiya ilə sərhədini hasarlayır - 45 km-lik sədd

img

10-05-2017 [16:56]


Rusiyanın Kalininqrad vilayəti ilə sərhəddə tikiləcək 45 kilometr uzunluğunda sədd Litvaya 1,335 milyon avroya başa gələcək. 

Baltik respublikasının Dövlət Sərhədinin Mühafizəsi Xidməti artıq tikinti işlərini aparacaq podratçı ilə razılığın əldə olunduğunu bildirib.

Azərtac TASS informasiya agentliyinə istinadla xəbər verir ki, Litva Kalininqrad vilayəti ilə quru sərhədi boyu əlavə elektron nəzarət vasitələri ilə təchiz olunacaq hündürlüyü 2 metrlik məftil sədd çəkmək qərarına gəlib.

Ümumilikdə 294,4 kilometr uzunluğu olan Litva-Rusiya sərhədinin 253,7 kilometri qurudan və daxili su hövzələrindən, 18,5 kilometri Baltik dənizindən keçir. Sərhədin 130 kilometrlik hissəsinin nəzarəti daha problemli sayılır. Tikiləcək sədd Litvanın dövlət sərhədlərinin və Avropa İttifaqının xarici sərhədlərinin mühafizəsini asanlaşdıracaq.

Digər xəbərlər
SON XƏBƏRLƏR
16:29 27.09.2025

Yol (esse)

00:01 27.09.2025

Bu gün ANIM GÜNÜdür

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA