Rəsmi Ankaradan ABŞ-a etiraz artdı: “O silahlar bizə təhdiddir” - Pentaqondan daha bir reaksiya

img

10-05-2017 [16:14]


Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ABŞ-ın PKK-nın Suriya qolu olan YPG-yə silah yardımı etməsinə kəskin etiraz edib.

Mia.az Türkiyə mediasına istinadən xəbər verir ki, türk nazir "YPG-yə verilən hər silah Türkiyəyə qarşı təhdiddir" deyərək, Amerikanın Rəqqanın İŞİD-dən azad edilməsi üçün başqa bir terror qruplaşmasından istifadə etməsini kəskin pisləyib:

"Rəqqanın 99 faizi sünni ərəblərdir. Ora bir ərəb şəhəridir. Suriya və onun şəhərləri ilə bağlı addım atarkən, bunu dəqiq ölçüb-biçmək lazımdır. Əgər Suriyanin ərazi bütövlüyünü dəstəkləyiriksə, o zaman yanlış addım atılmamalıdır. YPG/PKK, bunların hər ikisi terror şəbəkəsidir, aralarında heç bir fərq yoxdur. Sadəcə, adları fərqlidir. Bunların əlinə geçən hər bir silah Türkiyəyə qarşı təhdiddir. Daha öncə YPG-yə verilən silahlar Türkiyədə PKK-nın əlində yaxalandı, bunun faktlarını, fotolarını dünyaya paylaşdıq. 

Bizim bu məsələdə fikirimizi ABŞ əla bilir. Bütün bunları prezident Ərdoğan ABŞ-a səfərində Trampla görüşündə də dəyərləndirəcək".

Mia.az onu da bidirir ki, Böyük Britaniyaya səfər öncəsi az əvvəl hava limanında mətbuat konfransı keçirən baş nazir Binəli Yıdırım da ABŞ-ın PKK/YPG-yə silah yardımını qəbul etmədiklərini açıqlayıb: "ABŞ-ın belə bir addımını qəbul etməyimiz mümkün deyil".

Bu arada ABŞ Müdafiə Naziriyi Türkiyənin artan etirazı səbəbəri fonunda YPG-yə silah yardımı haqda daha bir rəsmi açıqlama yayıb.

Müdafiə naziri Mattisin adından yayılan açıqlamada Türkiyənin güvənliyi üçün rəsmi Ankara ilə çox yaxın təmas qurulacağı bildirilib: "Türkiyənin narahatlığını başa düşürük. Bu narahatlığı aradan qaldırmaq üçün yol tapacağıq".

Mia.az


Digər xəbərlər
SON XƏBƏRLƏR
16:29 27.09.2025

Yol (esse)

00:01 27.09.2025

Bu gün ANIM GÜNÜdür

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA