Tramp FTB-nin direktorunu işdən çıxardı - Rusiya amili

img

10-05-2017 [14:15]


Prezident Donald Tramp Federal Təhqiqatlar Bürosunun (FTB) direktoru Ceyms Komini işdən çıxarıb.

Mia.az xəbər verir ki,  bu barədə Ağ Evdən bəyanat verilib.

Bəyanatda Kominin vəzifədən çıxarılması keçən il ölkədə prezident seçkiləri ərəfəsində Trampın seçkiqabağı kampaniya üzrə köməkçiləri ilə rusiyalı rəsmi şəxslər arasında əlaqələri araşdırmaq üçün FTB tərəfindən aparılan təhqiqat fonunda baş verdiyi bildirilib.

Ağ evdə qeyd ediblər ki, FTB-yə yeni direktor axtarışı dərhal başlanacaq.

Komi bu vəzifəyə 2013-cü ildə Prezident Barak Obama tərəfindən 10 il müddətinə təyin edilmişdi. Kominin vəzifədən çıxarılmasının dəqiq səbəbi bildirilmir, lakin Ağ evin bəyanatında deyilir ki, Prezident FTB üçün "yeni başlanğıc” istəyir.

Digər xəbərlər
SON XƏBƏRLƏR
16:29 27.09.2025

Yol (esse)

00:01 27.09.2025

Bu gün ANIM GÜNÜdür

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA