Gürcüstanın baş naziri Tramp və Penslə görüşdü – ABŞ-dan rəsmi Tbilisiyə yeni vədlər verildi

img

08-05-2017 [23:55]


Gürcüstanın baş naziri Georgi Kvirikaşvili Vaşinqtona səfəri çərçivəsində ABŞ prezidenti Donald Tramp və vitse-prezident Mayk Pens ilə görüşüb.

Bu barədə Gürcüstan hökumətinin mətbuat xidməti məlumat verib.

«Mayk Pens ilə görüşdə strateji əməkdaşlığın əsas məsələləri və münasibətlərin gələcək perspektivləri nəzərdən keçirilib”, – məlumatda deyilir.

Donald Trampla görüşündən sonra Georgi Kvirikaşvili bildirib ki, rəsmi Vaşinqton strateji tərəfdaş qismində Gürcüstanı dəstəkləməkdə davam edəcək və iki ölkə arasında münasibətlər daha da dərinləşəcək.

Qeyd edək ki, G.Kvirikaşvili ABŞ vitse-prezidentinin dəvəti ilə Vaşinqtonda səfərdədir. Gürcüstan nümayəndə heyətinə həmçinin xarici işlər naziri Mixail Canelidze, onun müavini David Zalkaliani və baş nazirin müşaviri Tedo Caparidze daxildir. 

APA


Digər xəbərlər
SON XƏBƏRLƏR
16:29 27.09.2025

Yol (esse)

00:01 27.09.2025

Bu gün ANIM GÜNÜdür

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA