"Utandım, ana həyat verir, ana öldürməz" - Papadan ABŞ-ın yeni silahına etiraz

img

07-05-2017 [17:16]


ABŞ-ın Əfqanistana atdığı və nüvə olmayan ən dağıdıcı bombası olan "Bütün bombaların anası"Roma Papası Fransiskinin etirazına səbəb olub.

Mia.az Türkiyə mediasına istinadən xəbər verir ki, Vatikanda tələbələri ilə görüşdə Papa bombanın adına diqqət çəkərək "Utandım, ana həyat verir, ana öldürməz", - deyib.

Papa sonra detallara toxunub: "İnsan öldürən nəyəsə "Bütün bombaların anası" adı verilməz. Silahın belə adlandırılmasını ilk dəfə eşidəndə, utandım. Təkrar edirəm, bir ana insana həyat verər. Bu bomba isə ölümə səbəb oldu və ancaq ona "ana" adı verildi. Nələr olur belə?".

Xatırladaq ki, ABŞ Hava Quvvələri ötən ay Əfqanıstanda İŞİD-in nəzərətində olan dağlıq ərazidə "bütün bombaların anası" adlandırdıqları nüvə omayan ən dağıdıcı bombanı sınaqdan çıxarıblar.

Həmin bombanın ən böyük üstünlüyü isə partladıqdan sonra baş verən dəhşətli yanğının dağlıq ərazilərdəki ən dərin mağaraların ən dərin qatına qədər enərək, nə qədər canı varsa, hamısını külə döndərməsidir.

Mia.az

Digər xəbərlər
SON XƏBƏRLƏR
16:29 27.09.2025

Yol (esse)

00:01 27.09.2025

Bu gün ANIM GÜNÜdür

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA