Suriyada 4 təhlükəsizlik zonası yaradılacaq - Rusiya Müdafiə Nazirliyi

img

05-05-2017 [20:51]


Suriyada 4 təhlükəsizlik zonasının yaradılması ilə bağlı əldə edilən müqavilə 6 maydan etibarən qüvvəyə minəcək.

Bu açıqlama ilə Rusiya müdafiə nazirinin müavini Aleksandr Fomin çıxış edib.

Fomin bu müqavilənin tərəflər arasında müharibənin dayandırılmasına gətirib çıxardığını və bunun Suriyada böhranın həlli məsələsində çox önəmli olduğunu vurğulayıb.

Sazişin Rusiya Prezidenti Vladimir Putinin göstərişi ilə hazırlandığını bildirən Fomin, Rusiya, İran, Türkiyə, Suriya, İsrail və digər ölkələrin xüsusi xidmət orqanları arasındakı təmasların Suriyadakı gərginliyin azaldılması məsələsinə töhfə verdiyini deyib.

Qeyd edək ki, dünən Astanada Suriyada 4 təhlükəsizlik zonasının yaradılması haqqında Rusiya, Türkiyə və İran arasında razılaşma imzalanıb. Razılaşmaya əsasən təhlükəsizlik zonaları hökumətlə müxalifət qüvvələrinin təmas xəttində yaradılacaq. Bu zonaların daxilində silah qadağan ediləcək, təhlükəsiz rayonlar formalaşdırılacaq/Axar.az.

Digər xəbərlər
SON XƏBƏRLƏR
16:29 27.09.2025

Yol (esse)

00:01 27.09.2025

Bu gün ANIM GÜNÜdür

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA