“Ərdoğanla Putin detallı şəkildə müzakirə aparacaqlar" - Peskov

img

02-05-2017 [23:24]


Rusiya prezidenti Vladimir Putin və onun türkiyəli həmkarı Rəcəb Tayip Ərdoğan mayın 3-də Soçidə hərbi-texniki əməkdaşlıq məsələlərini təfsilatlı və kompleksli şəkildə müzakirə edəcəklər.

Bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

"Türkiyə prezidenti sabah Soçiyə səfər edəcək, çox mühüm danışıqlar keçiriləcək”, – deyə Peskov qeyd edib.  

Onun sözlərinə görə, Türkiyə tərəfi görüşdə Suriya problemi, ikitərəfli əlaqələr, o cümlədən hərbi-texniki əməkdaşlıq məsələlərini müzakirə etmək niyyətində olduğunu bildirib: "Çox güman ki, digər beynəlxalq və regional məsələlər də müzakirə olunacaq”.    

Peskovun "S-400” zenit-raket sistemlərinin Türkiyə tərəfindən alınması məsələsinə dair suala  cavabı belə olub: "Hərbi-texniki əməkdaşlıq kompleks və detallı şəkildə müzakirə olunacaq”. 

APA

Digər xəbərlər
SON XƏBƏRLƏR
16:29 27.09.2025

Yol (esse)

00:01 27.09.2025

Bu gün ANIM GÜNÜdür

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA