SSRİ-nin sonuncu müdafiə nazirinin səhhəti pisləşdi – 92 yaşlı Yazov reanimasiyaya yerləşdirildi

img

02-05-2017 [22:54]


SSRİ-nin sonuncu müdafiə naziri, marşal Dmitri Yazov P.Mandrıla adına Moskva mərkəzi hərbi kliniki hospitalının reanimasiya şöbəsinə yerləşdirilib.

APA-nın "RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, 92-yaşlı Yazov beyin qan dövranın kəskin pozuntusu diaqnozu ilə xəstəxanaya yerləşdirilib. 

Məlumata görə, Yazova intensiv tibbi yardım göstərilib, yaxın zamanda onun reanimasiyadan palataya köçürülməsi gözlənilir. 

Dmitri Yazov 1924-cü ilin noyabrın 8-də anadan olub. Sovet İttifaqının marşalı hərbi rütbəsi verilmiş (1990-cı il) sonuncu sovet komandanıdır. Yazov 1987-91-ci illərdə SSRİ-nin müdafiə naziri olub.


Digər xəbərlər
SON XƏBƏRLƏR
16:29 27.09.2025

Yol (esse)

00:01 27.09.2025

Bu gün ANIM GÜNÜdür

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA