"Əgər Avropa İttifaqı bu addımı atmazsa, o halda vidalaşacağıq" - Ərdoğandan xəbərdarlıq

img

02-05-2017 [16:37]


"Avropa İttifaqının Türkiyənin üzvlüyü ilə bağlı yeni müzakirə başlıqlarını açmaqdan başqa çarəsi yoxdur".
 
Bu sözləri qurucusu olduğu hakim Ədalət və İnkişaf Partiyasına yenidən üzv olması ilə bağlı keçirilən mərasimdə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.
 
R. T. Ərdoğan deyib ki, əgər Avropa İttifaqı bu addımı atmazsa, o halda qurumla vidalaşacaqlar: 

"Türkiyə qapı qulu deyil. İndiyə qədər hansı öhdəliklər götürmüşüksə, həmin öhdəlikləri yerinə yetirmişik. Dünən xəbər tutdum, bu yaxınlarda keçiriləcək NATO sammitində bizimlə görüşmək istəyirlər. Amma 5 tələb sayıblar, biri fövqəladə vəziyyət rejiminin ləğv edilməsidir. Siz öncə Fransada fövqəladə vəziyyəti rejimini ləğv edin. Fransada 10-15 terrorçu öldürüldü, buna görə fövqəladə vəziyyət rejimi elan etdilər. Türkiyədə dövlət çevrilişi cəhdi olub, 249 şəhidimiz, 2193 qazimiz var. Türkiyə fövqəladə vəziyyət rejimi elan edə bilməyəcək?! Belə bir şey ola bilərmi?”.

APA


Digər xəbərlər
SON XƏBƏRLƏR
16:29 27.09.2025

Yol (esse)

00:01 27.09.2025

Bu gün ANIM GÜNÜdür

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA