Tramp Şimali Koreya lideri ilə görüşəcək? - Ağ Evdən prezidentin çıxışına şərh

img

02-05-2017 [01:01]


"ABŞ prezidenti Donald Tramp və Şimali Koreya lideri Kim Çen In arasında görüş bir çox şərtlərə əməl edilməsindən asılıdır".

TASS agentliyinin verdiyi xəbərə görə, bunu Ağ Evin mətbuat katibi Şon Spayser bəyan edib.

"Bir çox şərtlər yerinə yetirilməlidir, xüsusən Şimalı Koreya tərəfindən. Hələ ki görüş üçün şərait yetişməyib. Hazırda bu, mümkünsüzdür”, – deyə, Ş.Spayser bildirib(APA).

Qeyd edək ki, bu gün ABŞ prezidenti Donald Tramp "Bloomberg” agentliyinə müsahibəsində münasib vəziyyətdə Koreya Xalq Demokratik Respublikasının lideri Kim Çen In ilə görüşməyə hazır olduğunu bildirib.

Digər xəbərlər
SON XƏBƏRLƏR
16:29 27.09.2025

Yol (esse)

00:01 27.09.2025

Bu gün ANIM GÜNÜdür

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA