Türkiyədə konstitusiyaya dəyişikliklərə dair referendumun nəticələri təsdiqləndi

img

27-04-2017 [23:01]


Türkiyə Ali Seçki Şurası (ASŞ) konstitusiyaya dəyişikliklərin edilməsinə dair aprelin 16-da keçirilmiş referendumun nəticələrini təsdiqləyib. 

ASŞ rəhbəri Sədi Güvən seçicilərin 51,41 faizinin prezident idarəetmə sisteminə keçidi dəstəklədiyini bəyan edib.

"Referendumda seçici fəallığı 87,45 faiz olub. Seçicilərin 51,41 faizi "lehinə”, 48,59 faizi isə "əleyhinə” səs verib”, - deyə Güvən Ankarada jurnalistlərə bildirib.

Qeyd edək ki, referendumla Konstitusiyanın 18 maddəsinə dəyişiklik olunub. Bunlar Türkiyədə parlament idarəçilik sistemindən prezident üsul-idarəsinə keçid, baş nazir vəzifəsinin ləğvi, Böyük Millət Məclisi üzvlərinin sayının 550 nəfərdən 600 nəfərə çatdırılması, millət vəkili seçilmə yaşının 18-ə endirilməsi, Məhkəmə-Hüquq Şurasının səlahiyyətlərinin dəyişdirilməsi və digər maddələrdir.


Digər xəbərlər
SON XƏBƏRLƏR
16:29 27.09.2025

Yol (esse)

00:01 27.09.2025

Bu gün ANIM GÜNÜdür

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA