Medvedyev Yıldırıma 78 əsgərin xilası üçün təşəkkür etdi - Telefon danışığı

img

27-04-2017 [22:08]


Türkiyə Baş naziri Binəli Yıldırımla rusiyalı həmkarı Dmitri Medvedyev arasında telefon danışığı baş tutub.

Mia.az Türkiyə mediasına istinadən bildirir ki, Binəli Yıldırım rus gəmisinin batmasından təəssüfləndiyini həmkarının diqqətinə çatdırıb.

Medvedyev də öz növbəsində 78 nəfərlik heyətin xilas edilməsinə görə Türkiyə tərəfinə təşəkkürünü bildirib.

Xatırladaq ki, 1970-ci il istehsalı olan "Liman" hərbi kəşfiyyat gəmisi bu gün günorta saatlarında İstanbul yaxınlığında yük gəmisi ilə toqquşduqdan sonra batıb. 78 nəfərlik şəxsi heyət türk dənizçiləri tərəfindən xilas edilib.

Digər xəbərlər
SON XƏBƏRLƏR
16:29 27.09.2025

Yol (esse)

00:01 27.09.2025

Bu gün ANIM GÜNÜdür

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA