Binəli Yıldırım Məsud Bərzani ilə telefonda danışıb - Sincan müzakirəsi

img

26-04-2017 [21:14]


Türkiyənin baş naziri Binəli Yıldırım Şimali İraq Kürd Muxtariyyətinin rəhbəri Məsud Bərzani ilə telefonda danışıb.

Mia.az Türkiyə mediasına istinadən xəbər verir ki, baş nazir kürd liderlə söhbətində dünən Sincara düzənlənmiş bombardmanda 5 peşmərgənin həlak olmasından kədərləndiyini bildirib:

"Yıldırım Bərzani ilə söhbətində PKK və onun qolu olan YPG-nin bölgədə ikinci bir Qandil yaratmaq cəhdindən narahatlığını açıq şəkildə ifadə edib".

Məlumata görə, Bərzani ilə Binəli Yıldırım terrora qarşı ortaq hərəkət etmək üçün bundan sonra da fikir mübadiləsinin aparılmasına razılaşıblar.

Xatırladaq ki, Türkiyə dünən İraqın Sincar və Suriyanın Karaçok bölgəsində PKK/YPG terroristlərinin qurmaq istədikləri hərbi bazanı vurub. Nəticədə 70-dən çox terrorist öldürülüb. 

Bu gün Türkiyənin baş naziri ilə Bərzaninin telefon danışığından belə anlaşılır ki, ölənlər arasında  Şimali İraq Kürd Muxtariyyətinə bağlı olan 5 peşmərgə də olub.

Onu da qeyd edək ki, Türkiyənin bombardmanından bir neçə gün əvvəl Məsud Bərzani "İraqlı kürdlər PKK-nın Sincardan çəkilməsini tələb edir", - deyə, açıqlama vermişdi.

Mia.az


Digər xəbərlər
SON XƏBƏRLƏR
16:29 27.09.2025

Yol (esse)

00:01 27.09.2025

Bu gün ANIM GÜNÜdür

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA