“AŞPA-nın qərarını tanımırıq” - Ərdoğandan reaksiya

img

26-04-2017 [10:30]


Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Avropa Şurası Parlament Assambleyasının Türkiyənin monitorinq altına qaytarılması barədə qərarını tənqid edib.

Ərdoğan bununla bağlı yazılı açıqlama yayıb. Açıqlamada qərarın siyasi olduğu bildirilib: "Türkiyə ilə bağlı qəbul edilən qərar tamamilə siyasidir. Bu qərarı tanımırıq, istədikləri qədər qərar qəbul etsinlər”.

Ərdoğan "Reuters”ə müsahibəsində isə ötən bazar Fransada keçirilən prezident seçkilərinin fövqəladə vəziyyət şərtləri altında baş tutduğunu deyib: "Fransa ilə bağlı niyə belə bir qərar verilmir? Türkiyədə dövlət çevrilişinin qarşısının alınması məqsədilə fövqəladə vəziyyət elan olunub. Bu çərçivədə ölkədəki FETÖ-çüləri təmizləyirik”.

Prezident Suriya və İraqdan Türkiyəyə gələnlərin üzünə qapını bağlamayacaqlarını vurğulayıb: "Bombalardan qaçanları təcrid edə bilmərik”.


Digər xəbərlər
SON XƏBƏRLƏR
16:29 27.09.2025

Yol (esse)

00:01 27.09.2025

Bu gün ANIM GÜNÜdür

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA