Rusiya XİN sözçüsü: “Bizim qəlbimiz erməni xalqı ilə birlikdədir...”

img

25-04-2017 [13:27]


"Bizim qəlbimiz erməni xalqı ilə birlikdədir”.
                    
APA-nın xəbərinə görə, bu sözləri Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova özünün "Facebook” səhifəsində yazıb.
 
"24 aprel erməni soyqırımı qurbanlarının xatirə günüdür. Kimsə "soyqırım” sözünü tanımır, kimsə qurbanların sayını şübhə altına alır, "olub-olmayıb” müzakirəsi aparır. Rusiya Dövlət Duması isə hələ 1995-ci ildə "Erməni xalqının tarixi vətənində - Qərbi Ermənistanda 1915-1922-ci illərdə məruz qaldığı soyqırımın müzakirəsi haqqında” qərar qəbul edib”, - deyə M. Zaxarova qeyd edib.
 
Hazırda Nyu Yorkda olan M. Zaxarova şəhərdəki erməni kilsəsinə baş çəkdiyini də yazıb: "BMT binasından bir neçə dəqiqəlik məsafədə erməni kilsəsi var. Ora getdim. Harada olmağımızdan asılı olmayaraq, qəlbimiz erməni xalqı ilə birlikdədir”.   

Digər xəbərlər
SON XƏBƏRLƏR
16:29 27.09.2025

Yol (esse)

00:01 27.09.2025

Bu gün ANIM GÜNÜdür

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA