Bu gün AŞPA-nın yaz sessiyası başlayır

img

24-04-2017 [10:40]


Bu gün Avropa Şurası Parlament Assambleyasının yaz sessiyası başlayır.

Sessiya aprelin 28-nə kimi davam edəcək. Türkiyədə demokratik institutların fəaliyyəti sessiyanın əsas müzakirə mövzusu olacaq. Müzakirə olunacaq mövzular sırasında Şimali Qafqazda insan haqlarının vəziyyəti, gəlir bərabərsizliyinin artması, qadın qaçqınların genderlə bağlı zorakılıqdan müdafiəsi də var.

Yaz sessiyasında İspaniya kralı VI Filip və Yunanıstan prezidenti Prokopis Pavlopolusun çıxışları nəzərdə tutulub. Bundan başqa, Avropa Şurasının İnsan hüquqları üzrə komissarı Nils Mujnieks 2016-cı il üzrə hesabatını təqdim edəcək. Bununla yanaşı, Kiprin xarici işlər naziri İonnis Kasoulides ölkəsinin Nazirlər Komitəsində sədrliyi ilə bağlı nitq söyləyəcək.

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidovun rəhbərlik etdiyi Azərbaycan nümayəndə heyəti artıq Strasburqdadır.


Digər xəbərlər
SON XƏBƏRLƏR
16:29 27.09.2025

Yol (esse)

00:01 27.09.2025

Bu gün ANIM GÜNÜdür

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA