Lavrov ABŞ-ın dövlət katibi ilə müzakirə apardı - İkitərəfli gərginlik və Suriya problemi

img

22-04-2017 [00:06]


Rusiya xarici işlər naziri Sergey Lavrov və ABŞ-ın dövlət katibi Reks Tillerson arasında telefon danışığı olub.

Bu barədə Rusiya XİN-in yaydığı açıqlamada bildirilir.

Danışıqlar ABŞ tərəfinin təşəbbüsü ilə keçirilib.

"Söhbət zamanı Sergey Lavrov ABŞ-ın Kimyəvi Silahların Qadağan edilməsi Təşkilatında (KSQT) Rusiyanın Suriyanın Xan-Şeyhun şəhərində kimyəvi silahdan istifadə edilməsi ilə əlaqədar ekspertlər tərəfindən araşdırmanın aparılması təklifinə qarşı çıxmasından təəssüfünü ifadə edib”, – məlumatda deyilir.

Məlumatda həmçinin qeyd edilir ki, Rusiya və ABŞ ikitərəfli münasibətlərdə ziddiyyətlərin aradan qaldırılması məqsədi ilə xarici işlər nazirlərinin müavinləri səviyyəsində işçi qrupun yaradılmasına dair razılığa gəliblər. 

APA


Digər xəbərlər
SON XƏBƏRLƏR
16:29 27.09.2025

Yol (esse)

00:01 27.09.2025

Bu gün ANIM GÜNÜdür

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA