Rusiyada FTX-nın binasına hücum oldu - İki nəfər öldürüldü

img

21-04-2017 [14:11]


Rusiyanın Xabarovsk şəhərində Federal Təhlükəsizlik Xidmətinin qəbul şöbəsinə silahlı hücum olub.
 
FTX-nın İctimaiyyətlə Əlaqələr Mərkəzinin verdiyi məlumata görə, hadisə nəticəsində biri FTX əməkdaşı olmaqla, iki nəfər ölüb.
 
"Aprelin 21-də yerli vaxtla 17:02 radələrində Rusiya FTX-nın Xabarovsk dairəsi üzrə İdarəsinin qəbul şöbəsində naməlum şəxs daxil olaraq oradakı insanlara atəş açmağa başlayıb. FTX əməkdaşı və orada olan MDB ölkələrindən birinin vətəndaşı ölüb, digəri isə yaralanıb. Hücum edən də öldürülüb", - deyə FTX-nın İctimaiyyətlə Əlaqələr Mərkəzinin məlumatında qeyd olunub.

APA

Digər xəbərlər
SON XƏBƏRLƏR
16:29 27.09.2025

Yol (esse)

00:01 27.09.2025

Bu gün ANIM GÜNÜdür

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA