"Bağdadi tutulmayıb, o, həmin bölgədə tam təhlükəsizlikdədir” - Əsəd danışdı

img

20-04-2017 [20:48]


"İŞİD lideri Əbubəkr Bağdadinin yaxalanması ilə bağlı yayılan xəbərlər doğru deyil".

Bu sözləri Suriya lideri Bəşər Əsəd "Sputnik”ə açıqlamasında deyib.

"Bu yöndə yayılan xəbərlər həqiqətə uyğun deyil. İraq-Suriya sərhədi tamamilə İŞİD-in nəzarətindədir. Bu səbəbdən Bağdadi həmin bölgədə tam təhlükəsizlikdədir”, – Əsəd bildirib.

Qeyd edək ki, bir neçə gün əvvəl mətbuatda yayılan məlumatlarda Bağdadinin yaxalandığı bildirilmişdi.

Digər xəbərlər
SON XƏBƏRLƏR
16:29 27.09.2025

Yol (esse)

00:01 27.09.2025

Bu gün ANIM GÜNÜdür

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA