AŞPA-dan Türkiyəyə açıq xəbərdarlıq: "Edamın bərpası üzvlüyə zidd olacaq"

img

19-04-2017 [16:09]


"Türkiyədə edam cəzasının yenidən tətbiqi ölkənin Avropa Şurasında üzvlüyünə uyğun gəlməyəcək".
 
Bunu AŞPA-nın edam cəzasının ləğvi üzrə baş məruzəçisi İv Kruşet deyib.
 
"Xatırlatmaq istərdim ki, hazırda təşkilatımıza 47 üzv ölkənin heç birində ölüm cəzası icra edilmir. Ölüm cəzasından imtina qurumumuzun  əsas prinsiplərindən biridir. AŞPA buna moratorium elan etməklə, Avropanı ölüm cəzası olmayan qitəyə çevirməyə çalışıb. Asambleya bu məsələdə geriyə addım atmağı qəbul etməyəcək. Gərək prezident Ərdoğanın heç bir illüziyası olmasın. Türkiyədə ölüm cəzasının yenidən tətbiqi ölkənin Avropa Şurasındakı hazırkı üzvlüyünə uyğun gəlməyəcək”, - deyə İ. Kurşet bildirib.
 
Qeyd edək ki, Türkiyə Avropa Şurasının təsisçilərindən biridir.

APA

Digər xəbərlər
SON XƏBƏRLƏR
16:29 27.09.2025

Yol (esse)

00:01 27.09.2025

Bu gün ANIM GÜNÜdür

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA