Nazir 12 nəfərin həlak olduğu helikopter qəzasından danışdı: "Səbəb əlverişsiz hava olub"

img

18-04-2017 [20:05]


Xəbər verdiyimiz kimi, Türkiyənin Tunceli şəhərində 12 nəfərin olduğu helikopter qəzaya uğrayıb. 

Mia.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, hadisə nəticəsində polis helikopterində olan 1 hakim, 7 polis, bir hərbçi və 3 ekipaj üzvünün hamısı həlak olub:

"Helikopterdə olan hakim referendumla bağlı olan seçki komissiyasının üzvləri idi".

Hadisə ilə bağlı açıqlama verən Türkiyə Daxili işlər naziri bildirib ki, hadisə əlverişsiz hava şəraiti səbəbindən baş verib: "Helikopter havaya qalxdıqdan 10 dəqiqə sonra düşüb. Orada şəhid olan 12 övladımızın nəşlərini götürmək üçün iş gedir"


Digər xəbərlər
SON XƏBƏRLƏR
16:29 27.09.2025

Yol (esse)

00:01 27.09.2025

Bu gün ANIM GÜNÜdür

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA