Lavrov Abxaziyaya getdi - Gürcüstan XİN-dən kəskin reaksiya

img

18-04-2017 [14:06]


Gürcüstan Rusiyanı təxribat hərəkətlərə son qoymağa və suveren dövlətin ərazi bütövlüyünə hörmətlə yanaşmağa çağırıb.
 
APA-nın "apsny.ge” saytına istinadən verdiyi məlumata görə, bu barədə Rusiya xarici işlər naziri Sergey Lavrovun Abxaziyaya səfəri ilə bağlı Gürcüstan Xarici İşlər Nazirliyinin yaydığı bəyanatda deyilir.
 
"Gürcüstanın dövlət sərhədinin pozulması və Suxumidə diplomatik nümayəndəliyin yeni binasının qanunsuz açılışı ilə müşayiət olunan səfər beynəlxalq hüququn fundamental normaları əsasında Gürcüstanın suverenliyi və ərazi bütövlüyünə hörmət prinsipini kobud şəkildə pozur”, - deyə bəyanatda bildirilir.
 
Bəyanatda qeyd olunur ki, bu cür hərəkətlər rəsmi Moskvanın Gürcüstana qarşı təxribatçı siyasətin davamıdır və suveren dövlətin sərhədlərinin zor yolu ilə dəyişdirilməsi məqsədi güdür: "Bu kimi addımlarla Rusiya nəticəsiz olaraq işğalçı rejimlərə legitimlik vermək istəyir. Gürcüstan Xarici İşlər Nazirliyi Rusiyanı üzərinə götürdüyü beynəlxalq öhdəlikləri, o cümlədən 12 avqust 2008-ci ildə imzalanmış atəşkəs razılaşmasına dair öhdəliyi yerinə yetirməyə çağırır".
 
Qeyd edək ki, səfər çərçivəsində S. Lavrov qondarma rejimin lideri Raul Xajimba, "parlament"in sədri Valeri Kvarçiya, "xarici işlər naziri" Daur Kove ilə görüşlər keçirəcək.

Digər xəbərlər
SON XƏBƏRLƏR
16:29 27.09.2025

Yol (esse)

00:01 27.09.2025

Bu gün ANIM GÜNÜdür

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA