"İŞİD terror qruplaşmasının başçısı Suriyada gizlənir" - İran

img

17-04-2017 [19:04]


İŞİD terror qruplaşmasının başçısı Əbu Bəkir əl-Bağdadi Suriya ərazisində gizlənir. 

Bu barədə məlumatı İraqın Daxili İşlər Nazirliyi də təsdiqləyib.

TASS informasiya agentliyi xəbər verir ki, hazırda İŞİD yaraqlıları İraqın 6,8 faizinə, əsasən də Əl-Qaim, Tall-Afar, Əl-Huveycə yaşayış məntəqələrinə nəzarət edirlər.

 Həmçinin Mosul şəhərinin qərb məhəllələrinin 30 faizə yaxını qruplaşmanın nəzarəti altındadır. Burada hökumət qüvvələri əl-Bağdadinin 2014-cü ildə xilafət qurmaq planlarını elan etdiyi Ən-Nuri məscidi istiqamətində hücumlar edir.

Xatırladaq ki, Mosulun İŞİD-dən azad edilməsi uğrunda irimiqyaslı əməliyyatlar ötən ilin oktyabrında başlayıb. Yanvarın sonlarında hökumət qüvvələri beynəlxalq antiterror koalisiyası aviasiyasının dəstəyi ilə Mosulun şərq hissəsinə nəzarəti ələ keçirməyə nail olub. Fevralda isə İraq ordusu qərbi Mosula hücuma keçib.

Azertac

Digər xəbərlər
SON XƏBƏRLƏR
16:29 27.09.2025

Yol (esse)

00:01 27.09.2025

Bu gün ANIM GÜNÜdür

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA