“Pxenyan növbəti təxribata əl atsa..." - ABŞ və Cənubi Koreya birgə hücuma hazırlaşır

img

17-04-2017 [12:28]


"Pxenyan növbəti təxribata əl atsa, Koreya Respublikası və ABŞ təsirli cəza tədbirləri görəcək”.
 
APA-nın "RİA Novosti”yə istinadən verdiyi məlumata görə, bunu Cənubi Koreya baş naziri, prezidentin səlahiyyətlərini icra edən Xvan Qyö An ABŞ-ın vitse-prezidenti Mayk Penslə görüşdən sonra yerli "Yonhap” agentliyinə müsahibəsində deyib.
 
Baş nazir həmçinin bildirib ki, ABŞ vitse-prezidenti ilə THAAD ballistik raketlər əleyhinə sisteminin yerləşdirilməsi və istismara verilməsi barədə razılığa gəlib: "Koreya-Amerika alyansı Koreya yarımadasında və Şimal-Şərqi Asiyada sülhün dayağıdır”.
 
Mayk Pens isə bildirib ki, Şimali Koreya hər hansı adi və ya nüvə silahından istifadə edəcəyi halda ABŞ və Cənubi Koreyanın cavabı sarsıdıcı və effektli olacaq.
 
O, rəsmi Pxenyana qanadlı raketlərlə Suriyaya edilən hücuma diqqət etməyi məsləhət görüb: "Rəsmi Vaşinqton və Seul KXDR-də növbəti raket və nüvə sınaqlarının baş verməsinə dözümlü yanaşmayacaq”.
 
M. Pens bundan əvvəl verdiyi bəyanatında bildirmişdi ki, ABŞ prezidenti Donald Tramp administrasiyası KXDR-in nüvə-raket probleminə münasibətdə "strateji dözümlülük" siyasətini davam etdirmək niyyətində deyil.
 
O, Vaşinqtonun Seul qarşısında müttəfiqlik öhdəliyinin sarsılmaz olduğunu da vurğulamışdı.

Digər xəbərlər
SON XƏBƏRLƏR
16:29 27.09.2025

Yol (esse)

00:01 27.09.2025

Bu gün ANIM GÜNÜdür

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA