"Millətin qərarına YSK kölgə saldı" - Kamal Kılıcdaroğlu

img

17-04-2017 [01:02]


Türkiyə Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Kamal Kılıcdaroğlu referendumun nəticələri ilə bağlı açıqlama verib.

Kılıcdaroğlu qeyri-bərabər şərtlərdə bir referendum keçirildiyini vurğulayıb: 

"Bunu hər kəs bilir. Demokratiyaya sahib çıxmaq üçün əlimizdən gələn hər şeyi etdik. "Hə”ni müdafiə edənlər hüquq çərçivəsindən çıxdılar, amma biz hüquq daxilində səy göstərdik. Konstitusiyalar ictimai uzlaşma sənədidir. Bu, hamımızın Konstitusiyası olacaq - bir qrupun, bir partiyanın, bir ailənin deyil. Cəmiyyətin ən azı 50 faizi buna "Yox” deyir”.

Kamal Kılıcdaroğlu referendumun nəticələrinin mübahisəli olduğunu vurğulayaraq buna Yüksək Seçim Kurumunun (YSK) qərarlarının təsir etdiyini qeyd edib: 

"YSK bu referendumu mübahisəli vəziyyətə gətirdi. Millətin qərarına YSK kölgə saldı. YSK referendumun təhlükəsizliyindən məsuliyyətli idi”.

Modern.az


Digər xəbərlər
SON XƏBƏRLƏR
16:29 27.09.2025

Yol (esse)

00:01 27.09.2025

Bu gün ANIM GÜNÜdür

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA