"Bu seçki Türkiyənin sürətlə böyüməsinə yol açacaq" - Ərdoğan həyat yoldaşı ilə səs verdi (FOTO)

img

16-04-2017 [13:17]


Prezident Ərdoğan həyat yoldaşı Əminə Ərdoğan və nəvələri ilə birlikdə İstanbulda səs verib.

Mia.az Türkiyə mediasına istinadən bildirir ki, səsvermədən sonra prezident jurnalistlərə açıqlama verib.

Ərdoğan bildirib ki, bugünkü seçki sıradan bir səsvermə prosesi deyil: "Bu seçki Türkiyənin yeni idarəetmə sisteminin dönüş seçimidir. İnanrıam ki, bu dəyişiklik xalqımızın, dövlətimizin sürətlə böyüməsinə yol açacaq".

Ərdoğan onu da deyib ki, seçkinin nəticələrini İstanbuldakı iqamətgahından təqib edəcək.

Xatırladaq ki, bu gün Türkiyədə Konstitusiya dəyişikliyi ilə əlaqədar referendum keçirilir.

Ölkənin əksər bölgələrində isə səsvermə yerli vaxtla 08.00 başlayıb, saat 17.00-da başa çatacaq.

Referendumda Konstitusiyanın 18 maddəsinin dəyişdirilməsi nəzərdə tutulub. Bunlar Türkiyədə parlament idarəçilik sistemindən prezident üsul-idarəsinə keçid, baş nazir vəzifəsinin ləğvi, Böyük Millət Məclisi üzvlərinin sayının 550 nəfərdən 600 nəfərə çatdırılması, millət vəkili seçilmə yaşının 18-ə endirilməsi, Məhkəmə-Hüquq Şurasının səlahiyyətlərinin dəyişdirilməsi və digər maddələrdir.

Mia.az

Digər xəbərlər
SON XƏBƏRLƏR
16:29 27.09.2025

Yol (esse)

00:01 27.09.2025

Bu gün ANIM GÜNÜdür

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA