Kamal Kılıçdaroğlu səs verdi: "Türkiyənin taleyi həll olunur"

img

16-04-2017 [12:59]


CHP lideri Kamal Kılıçdaroğlu həyat yoldaşı  Selvi Kılıçdaroğlu və oğlu Kərəm Kılıçdaroğlu ilə birlikdə Ankarada  səs veriblər.

Mia.az Türkiyə mediasına istinadən xəbər verir ki, səsvermədən sonra jurnalistlərə açıqlama verən CHP lideri  "Son dərəcə gözəl bir kampanya apardıq. Bütün vətəndaşlarımızı qucaqladıq, heç kimə özgə kimi baxmadıq. Bu gün Türkiyənin taleyini həll edirik. İnşallah, xeyirli sonunc çıxar", - deyə, bildirib.

Xatırladaq ki, bu gün Türkiyədə Konstitusiya dəyişikliyi ilə əlaqədar referendum keçirilir.

Ölkənin əksər bölgələrində isə səsvermə yerli vaxtla 08.00 başlayıb, saat 17.00-da başa çatacaq.

Referendumda Konstitusiyanın 18 maddəsinin dəyişdirilməsi nəzərdə tutulub. Bunlar Türkiyədə parlament idarəçilik sistemindən prezident üsul-idarəsinə keçid, baş nazir vəzifəsinin ləğvi, Böyük Millət Məclisi üzvlərinin sayının 550 nəfərdən 600 nəfərə çatdırılması, millət vəkili seçilmə yaşının 18-ə endirilməsi, Məhkəmə-Hüquq Şurasının səlahiyyətlərinin dəyişdirilməsi və digər maddələrdir.

Digər xəbərlər
SON XƏBƏRLƏR
16:29 27.09.2025

Yol (esse)

00:01 27.09.2025

Bu gün ANIM GÜNÜdür

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA