Baş nazir: "Seçki qutuları açıldıqca nəticələr çıxacaq" - Səsvermə

img

16-04-2017 [12:36]


Türkiyənin baş naziri Bineli Yıldırım ölkə konstitusiyasına düzəlişlərlə bağlı referendumda iştirak edib.

 Bbaş nazir Gölcüklər rayonundakı Adnan Olcay orta məktəbi ərazisindəki 1085 saylı seçki məntəqəsinə gələrək səs verib.

Burada baş naziri böyük izdiham qarşılayıb. Bineli Yıldırım jurnalistlərə açıqlamasında "Vətəndaşlıq vəzifəmizi icra etdik. İndi də iş-gücümüzlə məşğul olacağıq. Bu gün Türkiyənin 81 vilayətinin hər yerində vətəndaşlarımız dinclik-qardaşlıq içində səslərini verirlər. Seçki qutuları açıldıqca nəticələr çıxacaq. Nəticə nə olursa-olsun, başımızın tacıdır. Millətimizin verdiyi qərar ən gözəl qərardır." – deyə bildirib.

Qeyd edək ki, bu gün Türkiyədə ölkə konstitusiyasına düzəlişlərlə bağlı referendum keçirilir. Ölkənin şərq əyalətlərində seçki məntəqələri Bakı vaxtı ilə 08:00-da, digər regionlarında seçki məntəqələri 1 saat gec, Bakı vaxtı ilə 09:00-da açılıb. Seçki məntəqələri saat 18:00-a qədər işləyəcək.

Ölkə tarixində sayca yeddinci olan bu referendum konstitusiyanın 18 maddəsinə düzəliş edilməsini nəzərdə tutur.

Referendum üzrə 167 min 140 seçki məntəqəsində 55 milyon 319 min 222 vətəndaş səs verə biləcək. Eyni zamanda, həbsxanalarda daha 461 seçki məntəqəsi yaradılıb. (Report)

Digər xəbərlər
SON XƏBƏRLƏR
16:29 27.09.2025

Yol (esse)

00:01 27.09.2025

Bu gün ANIM GÜNÜdür

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA