Putin Təhlükəsizlik Şurasının təcili iclasını çağırdı - ABŞ-ın Suriyaya hücumuna görə

img

07-04-2017 [16:07]


Rusiya Prezidenti Vladimir Putin Təhlükəsizlik Şurasının iclasını çağırıb. 

AzVision.az "RİA Novosti”yə istinadən xəbər verir ki, iclasın çağırılmasına səbəb ABŞ-ın Homs vilayətindəki Şayrat aviabazasına raket zərbələri endirməsi olub.

Məlumata əsasən Putin Təhlükəsizlik Şurasının daimi üzvləri ilə Suriyadakı vəziyyəti müzakirə edib.

Faktı Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov təsdiqləyib. İclasın detalları dəqiq açıqlanmayıb.

Qeyd edək ki, ABŞ-ın Aralıq dənizi akvatoriyasında dislokasiya olunmuş "Ross” və "Porter” esmineslərindən Suriyanın "Şayrat” hərbi bazasına endirilən raket zərbələri nəticəsində azı 15 döyüş təyyarəsi məhv edilib. 

Digər xəbərlər
SON XƏBƏRLƏR
16:29 27.09.2025

Yol (esse)

00:01 27.09.2025

Bu gün ANIM GÜNÜdür

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA