"Gözlənilməz anda, gözlənilməz yerdə hərbi əməliyyat..." - Ərdoğandan şifrəli mesaj

img

06-04-2017 [22:28]


"Hərbi əməliyyatın gözlənilməz anda və gözlənilməz yerdə həyata keçirilməsi önəmlidir".

Bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Suriyada təşkil ediləcək yeni əməliyyatla bağlı danışarkən deyib.

"Bir yerdə əməliyyat təşkil edilərsə, bunu həyata keçirildiyi zaman görəcəksiniz. Biz gözlənilməz anda Rai, Dabık və Əl Bab şəhərlərinə daxil olduq. İndi də bəziləri Menbicdə bayraq dalğalandırmaq istəyir. Obama administrasiyası YPG-yə çox ciddi yardım etdi. Yenidən bu tələyə düşmək istəmirik”, - Ərdoğan bildirib.

Axar.az

Digər xəbərlər
SON XƏBƏRLƏR
16:29 27.09.2025

Yol (esse)

00:01 27.09.2025

Bu gün ANIM GÜNÜdür

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA