"Bu, Putinin öz layihəsidir” deyənlərin ağlı yoxdur - Politoloqdan terror şərhi

img

04-04-2017 [14:53]


Xəbər verdiyimiz Rusiyanın Sankt-Peterburq şəhərində "Texnoloji institut” metrostansiyasında terror törədilib. Hadisə nəticəsində ölən və yaralananlar var.

Teraktla bağlı müxtəlif versiyalar səsləndirilir. Politoloq Zərdüşt Əlizadə Unikal.org-a açıqlamasında deyib ki, törədilən terrorun Putinin layihəsi olması ağılsız adamların səsləndirdiyi fikirdir: "Dərk etmək lazımdır ki, bunun nəticələri birbaşa Putinə qarşı yönəlib. Bu o deməkdir ki, Putin sabitliyi təmin edə, terrorun qarşısını ala bilmir. "Bu Putinin öz layihəsidir” deyənlərin ağlı yoxdur”.

Z.Əlizadə terror "İŞİD” tərəfindən törədilməsinin istisna edilmədiyini vurğulayıb: "Terrorun hansı qruplaşma tərəfindən törədilməsinə gəlicə, hələlik bu barədə danışmaq tezdir. Gözləmək lazımdır ki, müəyyən məqamlar üzə çıxsın. Bu hadisə müxalifətin, və Qərbin işi ola blər. Hazırda dəqiq nəsə demək mümkünsüzdür. "İŞİD” in törətməsi ehtimalı da var. Unutmayaq ki, "İŞİD” Qərbin layihəsidir. Ancaq sonradan itaətdən çıxıb”.


Digər xəbərlər
SON XƏBƏRLƏR
16:29 27.09.2025

Yol (esse)

00:01 27.09.2025

Bu gün ANIM GÜNÜdür

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA