Sankt-Peterburqda metroda dəhşətli PARTLAYIŞ - 10 ölü, 50-dən çox yaralı var (YENİLƏNİB - VİDEO)

img

03-04-2017 [16:09]


Sankt-Peterburq şəhərində metronun "Sennaya Ploşad" stansiyasında vaqonlardan birində baş vermiş partlayış nəticəsində 10 nəfər ölüb, 50-dən çox yaralı var.

Bu barədə TASS-a təcili xidmətdəki mənbə bildirib. 
Hadisə yerində istintaq qrupu çalışır. Cinayət işi açılıb.

***16:16

Sankt-Peterburqda metroda partlayış baş verib. 
Sankt-Peterburqun "Sadovaya" stansiyasında partlayış olub. Şahidlərin sözlərinə görə, yaralılar var.

Hüquq mühafizə orqanlarının əməkdaşları hadisə yerinə gəlib.

*** 

Hüquq-mühafizə orqanlarındakı mənbə bildirib ki, partlayışın terror aktı nəticəsində baş verdiyi istisna olunmur.
Partlayışın "Texnoloji institut” stansiyasında baş verdiyi bildirilir. Digər stansiyada isə şübhəli əşyanın tapıldığı deyilir. İki yerdə partlayış olub, 7 stansiya bağlanıb.

Hadisə barədə Rusiya prezidenti Vladimir Putinə məruzə olunub. Kremlin mətbuat katibi Dmitri Peskov bildirib ki, hazırda Putin belaruslu həmkarı Aleksandr Lukaşenko ilə danışıqlar aparır. Danışıqlar dayandırılmayıb.

*****

Sankt-Peterburq metrosunda partlayış nəticəsində yaralananların təxliyə edilməsi prosesi başa çatıb.
 
APA-nın TASS-a istinadən verdiyi məlumata görə, əməliyyata helikopterlər cəlb olunub.
 
Sankt-Peterburq qubernatorunun mətbuat katibi Andey Kibitov bildirib ki, hadisə nəticəsində 50 nəfər yaralanıb.
 
Milli Antiterror Mərkəzindən isə hadisə nəticəsində ölənlərin və yaralananların olduğunu təsdiqləyiblər, lakin rəqəm açıqlanmayıb.
 
Hadisə şahidlərinin bildirdiyinə görə, partlayış nəticəsində çoxlu sayda yaralanan var. Onların sözlərinə görə, partlayış qatar hərəkətə başlayan zaman baş verib.
 
Hadisə şahidi Yuliya Vareyeva bildirib ki, partlayış nəticəsində vaqonun döşəməsinin lyuku yerindən çıxıb və sonra tüstülənmə başlayıb.
 
Qeyd edək ki, Peterburq metrosunda stansiyalar bağlanıb. 











Digər xəbərlər
SON XƏBƏRLƏR
16:29 27.09.2025

Yol (esse)

00:01 27.09.2025

Bu gün ANIM GÜNÜdür

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA