"Ohanyan-Raffi-Oskanyan" bloku uduzdu - Ermənistanda seçkinin nəticələri açıqlandı

img

03-04-2017 [13:22]


Ermənistanın Mərkəzi Seçki Komissiyası ötən gün ölkədə keçirilən parlament seçkilərinin nəticələrini açıqlayıb.

"Sputnik Ermənistan"ın məlumatına görə, MSK 1886 seçki məntəqəsi üzrə nəticələri (93%) elan edib.

MSK-nın katibi Armen Smbatyan bu gün səhər yerli vaxtla saat 9:00-a olan məlumatlara əsasən bildirib ki, seçkinin qalibi 49,21% səslə Ermənistan Respublika Partiyasıdır. 

Prezident Serj Sarkisyanın partiyasının parlamentdəki əsas rəqibi "Tsarukyan" blokudur. Bu blok səslərin 27,38%-ni toplayıb. "Yelk" bloku 7,72% səslə üçüncü, "Daşnaksütyun" isə 6,59% səslə dördüncü yeri tutub.

"Erməni dirçəlişi" 3,72%, "Ohanyan-Raffi-Oskanyan" bloku 2,08%, "Azad demokratlar" 0,93%, ANK-NPA bloku 1,62%, Kommunist partiyası 0,74% səs toplayıb.

 Adıçəkilən beş siyasi qüvvə parlamentə düşmək üçün lazım olan — partiyalar üçün 5%, bloklar üçün 7%-lik — baryeri keçə bilməyib. 

Qeyd edək ki, aprelin 2-də Ermənistanda Konstitusiyaya dəyişikliklərdən sonra ilk dəfə Milli Məclisə seçkilər keçirilib. Ermənistan faktiki olaraq parlament üsul-idarəsinə keçib. Ölkədə seçici fəallığı 60,86% olub.

Digər xəbərlər
SON XƏBƏRLƏR
16:29 27.09.2025

Yol (esse)

00:01 27.09.2025

Bu gün ANIM GÜNÜdür

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA