Baş nazir iclasa gecikən kənd təsərrüfatı nazirini belə danladı - Video

img

31-03-2017 [01:10]


Rusiya baş naziri Dmitri Medvedev toplantıya gecikən kənd təsərrüfatı naziri Aleksandr Tkçova sərt şəkildə xəbərdarlıq edib.

"Qafqazinfo”nun Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, Medvedev Arxangelsk şəhərində keçirilən Arktika forumundan birbaşa Moskvaya gəldiyini bildirərək özünün şəxsən nazirin iclasa gecikməsinə görə narahat olduğunu ifadə edib.

"Toplantıya gec gələ bilmərsiniz. Mən də dünən Moskvaya çox gec saatlarda qayıtmışam. Amma lazım olan zamanda lazım olan yerdəyəm. Siz isə bizi gözlətdiniz. Zəngli saatı evinizin hər köşəsinə qoyun”, - deyə Medvedev A. Tkçovu qınayıb.


Digər xəbərlər
SON XƏBƏRLƏR
16:29 27.09.2025

Yol (esse)

00:01 27.09.2025

Bu gün ANIM GÜNÜdür

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA