"Putin demək istəyir ki, məndən ikiəlli yapışın, yoxsa..." - Politoloqdan Rusiyadakı aksiyalara şərh

img

30-03-2017 [19:29]


"Hiss olunur ki, Rusiya prezidenti Vladimir Putin sistemdən kənar (parlamentdə təsmil olunmayan) müxalifətin fəallaşmasından narahatdır. Həqiqətən heç kim gözləmirdi ki, sistemdənkənar müxalifətin lideri Aleksandr Navalnının sosial şəbəkədən bir çağırışı ilə bu qədər gənc və orta yaşlı insan küçələrə tökülüşə bilər".

Mia.az xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib.

Onun sözlərinə görə,  Rusiya prezidenti guya korrupsiyaya qarşı mübarizəni dəstəkləyir, ancaq əhalini Tunis, Misir, Liviya, qonşusu Ukrayna nümünəsi ilə də qorxudur: 

"Yəni cəmiyyətə demək istəyir ki, məndən başqa alternativiniz yoxdur, məndən ikiəlli yapışın, yoxsa Rusiya da dağılar, xaos tüğyan edər. Əlbəttə, Rusiyanı yaxın illərdə "rəngli inqilablara” və ya "ərəb baharına” bənzər dəyişikliklər gözləmir. Hər nə qədər olsa da, Putinin reytinqi yüksəkdir. Ancaq Qərbin sanksiyaları da təsirsiz keçmir, Rusiyada iqtisadiyyat geriləməkdə davam edir, ölkənin orta sinfinin bu həyat şərtlərindən narazılığı artır".

Politoloq deyir ki, indi küçələrə 3-4 min etirazçı çıxsa da, narazılıq dalğasının artan xətlə davam etməyəcəyini proqnozlaşdırmaq çətindir:

"Bolşeviklərin lideri Vladimir Lenin məktublarında yazırdı ki, "həyatda sağ ikən Rusiyada inqilabı görmək mənə nəsib olmayacaq". Bu sözlərdən cəmi bir il sonra ikinci Nikolay da taxtdan düşürüldü, fevral burjua inqilabı da baş verdi və bütün bunlardan istifadə edən Lenin Rusiyanın başına keçdi....".

Mia.az

Digər xəbərlər
SON XƏBƏRLƏR
16:29 27.09.2025

Yol (esse)

00:01 27.09.2025

Bu gün ANIM GÜNÜdür

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA