ABŞ dövlət katibi Türkiyəyə gəldi - Nələr müzakirə olunacaq?

img

30-03-2017 [12:16]


ABŞ dövlət katibi Reks Tillerson bu gecə Türkiyəyə səfərə gəlib.

Səfər proqramında iöncə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşməsi nəzərdə tutulan R. Tillersonun görüş proqramı dəyişib. Qonaq öncə baş nazir Binəli Yıldırımla görüşüb.

ABŞ dövlət katibi bu gün R. T. Ərdoğan, daha sonrai həmkarı Mövlud Çavuşoğlu ilə görüşəcək və mətbuat konfransı keçirəcək. Görüşlərdə ABŞ-Türkiyə münasibətləri, ABŞ-ın PKK-nın Suriya qolu olan PYD/YPG-yə dəstək verməsi və Fətullahçı Terror Təşkilatının (FETÖ) lideri Fətullah Gülənin Türkiyəyə ekstradisiyası məsələlərinin diqqət mərkəzində olması gözlənilir.

Baş nazir B. Yıldırım ABŞ-ın İstanbul Baş Konsulluğundan FETÖ-nün Türkiyə Silahlı Qüvvələri "imamı” sayılan və 15 iyul dövlət çevrilişinə cəhddə önəmli rol oynayan Adil Öksüzə telefon edilməsi faktı və "Halkbank"ın beynəlxalq bankçılıq şöbəsinin müdir müavini Mehmet Hakan Atillanın ABŞ-a səfər zamanı həbs edilməsinin də müzakirə olunacağını açıqlayıb. 

APA

Digər xəbərlər
SON XƏBƏRLƏR
16:29 27.09.2025

Yol (esse)

00:01 27.09.2025

Bu gün ANIM GÜNÜdür

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA