Türk ordusu “Fərat qalxanı” əməliyyatını başa çatdırdı – Bəyanat (VİDEO)

img

29-03-2017 [23:55]


Türkiyə Silahlı Qüvvələrinin Suriyanın şimalında həyata keçirdiyi "Fərat qalxanı" əməliyyatı başa çatıb.

Bu barədə Türkiyə Milli Təhlükəsizlik Şurası iclasının yekun bəyanatında bildirilib.

"Milli təhlükəsizliyin təmin edilməsi, İŞİD  təhlükəsinin qarşısının alınması və suriyalı qaçqınların vətənlərinə geri qaytarılması məqsədi ilə həyata keçirilən "Fərat qalxanı" əməliyyatı uğurla başa çatıb”, – deyə, bəyanatda deyilir.

Qeyd edək ki, "Azad Suriya Ordusu” Türkiyə Silahlı Qüvvələrinin köməyi ilə 2016-cı il,  avqustun 24-dən etibarən Suriyanın şimalında İŞİD silahlılarına qarşı əməliyyata başlamışdı. 

APA

Digər xəbərlər
SON XƏBƏRLƏR
16:29 27.09.2025

Yol (esse)

00:01 27.09.2025

Bu gün ANIM GÜNÜdür

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA