"Kılıçdaroğlu gəlməyəcəm demişdi, amma quzu kimi gəldi" - Ərdoğan

img

25-03-2017 [16:12]


"CHP lideri Kamal Kılıçdaroğlu prezident sarayında keçiriləcək Liderlər Sammitinə gəlməyəcəyini deyirdi, amma quzu kimi gəldi". 

Bunu Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan Antalya şəhər bələdiyyəsinin yeni inzibati binasının açılışı mərasimində bildirib.

"Bunlara beş keçi verin, onu da qoruya bilməyəcəklər. Bu binanı (Antalya şəhər bələdiyyəsinin binasını - red.) qoruya bilmədikləri kimi... Məlum zat "ora getməyəcəm" demişdi, amma sonradan quzu kimi gəldi. Mən gələcəklərini bilirdim. Bunlar bir sözünün üstündə durmur. Axşam başqa şey deyirlər, səhər başqa şey", - deyə prezident bildirib.
APA



Digər xəbərlər
SON XƏBƏRLƏR
16:29 27.09.2025

Yol (esse)

00:01 27.09.2025

Bu gün ANIM GÜNÜdür

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA