Putin prezidentliyə namizədlə görüşdü - Müzakirə + FOTO

img

24-03-2017 [16:59]


Rusiya prezidenti Vladimir Putin ölkədə səfərdə olan Fransa prezidentliyinə namizəd, Milli Cəbhə Partiyasının lideri Marin Le Peni qəbul edib.
 
APA-nın "RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, V. Putin bildirib ki, M. Len Pen Avropada sürətlə inkişaf edən siyasi qüvvələr spektrini təmsil edir. O, Fransa ilə münasibətlərə çox böyük önəm verdiklərini, həm hakimiyyət, həm də müxalifətlə bərabər səviyyəli əlaqələr qurmağa çalışdıqlarını söyləyib: "Biz qətiyyən baş verən hadisələrə təsir göstərmək istəmirik, lakin bizim tərəfdaşlarımız, məsələn, Avropa və ABŞ kimi, bütün siyasi qüvvələrin nümayəndələri ilə ünsiyyət yaratmaq hüququmuzu özümüzdə saxlayırıq”.
 
M. Le Pen isə Fransanın Rusiya ilə dərin mədəni, iqtisadi və strateji əlaqələri olduğunu vurğulayıb. O, Rusiya ilə Fransanı terrorçuluqla real mübarizə aparan ölkələr adlandırıb.
 
Xatırladaq ki, faşist mövqeli M. Le Pen rusiyameylli siyasətçi kimi tanınır. O, prezident seçilərsə, Krımı Rusiya ərazisi kimi tanıyacağını vəd edib. Fransada prezident seçkilərinin ilk turu aprelin 23-də, ikinci turu isə mayın 7-də keçiriləcək.

Digər xəbərlər
SON XƏBƏRLƏR
16:29 27.09.2025

Yol (esse)

00:01 27.09.2025

Bu gün ANIM GÜNÜdür

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA