Lavrovdan ABŞ-a barışıq mesajı: “Biz danışıqlara hazırıq, ancaq...”

img

23-03-2017 [16:56]


Rusiya ABŞ ilə strateji nüvə silahının azaldılması məsələsinə dair dialoq aparmağa hazırdır.

"Report"un "RİA Novosti"yə istinadən verdiyi xəbərə görə, bu barədə Rusiya XİN rəhbəri Sergey Lavrov bildirib.

"Biz hazırıq. Lakin danışıqları strateji sabitliyə təsir edən bütün faktorları nəzərə alaraq aparmaq lazımdır", – Baş Qərargah Akademiyasında çıxışı zamanı rusiyalı nazir deyib.

Eyni zamanda Lavrov prosesə digər dövlətləri də cəlb etməyin vacib olduğunu vurğulayıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR
16:29 27.09.2025

Yol (esse)

00:01 27.09.2025

Bu gün ANIM GÜNÜdür

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA