"Heç kimə borcumuz yoxdur" - Almaniyadan Trampa cavab verdi, rəsmi Berlin müdafiə xərclərini kəskin artırır

img

19-03-2017 [18:42]


ABŞ prezidenti Donald Trampın "Almaniyanın ABŞ-a və NATO-ya böyük məbləğdə borcu var" açıqlamasına rəsmi Berlindən cavab gecikməyib.

Mia.az Türkiyə mediasına istinadən bildirir ki, borc məsələsinə Almaniyanın müdafiə naziri Ursula von der Leyen bu gün aydınlıq gətirib.

O, "borcumuz yoxdur" deyərək, bildirib ki, "NATO-ya üzv ölkələr müdafiə xərclərinin 100-də 2 faizini BMT-nin və Avropanın sülh missiyalarına, həmçinin İŞİD-lə mübarizəyə ayırır. Əlbəttə, hər kəs bu xərc yükünü bərabər çəkməlidir. Bunun üçün də NATO ilə yanaşı, Avropa Müdafiə Birliyi və BMT əməliyyatlarına dəstək olacaq modern təhlükəsizlik konsepti hazırlanmalıdır".

Məlumatda o da bildirilir ki, Almaniyanın 2018-ci ildə müdafiə xərclərini 1.4 milyard avrodan 38.5 milyard avroya qədər artırması gözlənilir.

Mia.az


Digər xəbərlər
SON XƏBƏRLƏR
16:29 27.09.2025

Yol (esse)

00:01 27.09.2025

Bu gün ANIM GÜNÜdür

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA