Bolqarıstan Türkiyədəki səfirini geri çağırdı - Nə baş verir?

img

16-03-2017 [23:49]


Bolqarıstan Xarici İşlər Nazirliyi Ankara səfirini məsləhətləşmə aparmaq üçün geri çağırıb.

Mia.az xəbər verir ki, Bolqarıstan Xarici İşlər Nazirliyinin yaydığı məlumatda geri çağırışın səbəbi açıqlanmasa da, bolqar mediası isə bu qərarı AKP hakimiyyətinin Bolqarıstandakı seçkilərə qarışması ilə izah edib.

Qeyd edək ki, Bolqarıstanda seçkilər bu ayın 26-da keçiriləcək. Növbədənkənar parlament seçkilərində Türkiyənin açıq şəkildə dəstəklədiyi DOST partiyası da iştirak edir.

"The Sofiya Globe” qəzeti bir müddət əvvəl Sofyadaki Türk səfiri Süleyman Gökçenin 7 Martda Xarici İşlər Nazirliyinə çağırıldığını  və ona Türkiyəli bir nazirin qardaş ölkədə yaşayan bolqar vətəndaşlarını Lütfi Mestanın liderliyindəki "DOST”-a səs verməyə çağırmasına etiraz etdiyini bildirmişdi.  Mümkündür ki, bolqar səfir də məhz bunu müzakirə etmək üçün Sofiyaya çağırılıb.

Türkiyə Xarici İşlər Nazirliyi isə Bolqarıstanı "Türkiyədəki səsvermə imkanlarını məhdudlaşdıran azlıqların əleyhinə ayrı-seçkilik etməklə" günahlandırıb

Digər xəbərlər
SON XƏBƏRLƏR
16:29 27.09.2025

Yol (esse)

00:01 27.09.2025

Bu gün ANIM GÜNÜdür

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA