"Müharibə istəmirik" - Sarkisyan

img

15-03-2017 [14:52]


Ermənistan prezidenti Serj Sarkisyan Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunda çıxışı zamanı Dağlıq Qarabağda mühabaribə istəmədiyini bildirib.

Mia.az azvision.az-a istinadən xəbər verir ki, Sarkisyanın sözlərinə görə, Ermənistan, Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ATƏT-in Minsk qrupunun köməyi ilə sülh və danışıqlar vasitəsi ilə həll edilməlidir.

"Status-kvo qəbuledilməzdir, biz müharibə istəmirik", - deyə Sarkisyan vurğulayıb.

Qeyd edək ki, bir neçə gün öncə Ermənistan prezidenti mətbuata müsahibəsində ölkəsinin müharibəyə hazır olduğunu bəyan etmişdi: "Müdafiə naziri hər an müharibə əmrini gözləməlidir".

Sarkisyanın bugünkü açıqlamasında "biz müharibə istəmirik" deməsi onun geri addım atmasından xəbər verir.


Digər xəbərlər
SON XƏBƏRLƏR
16:29 27.09.2025

Yol (esse)

00:01 27.09.2025

Bu gün ANIM GÜNÜdür

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA