Hollandiya Türkiyədən üzr istədi - Baş nazir açıqladı

img

14-03-2017 [22:47]


Hollandiyada saxlanılan səfirimizlə bağlı üzr istənildi.

Axar.az xəbər verir ki, bu sözləri Türkiyə Baş naziri Binəli Yıldırım deyib.

"Bunun yanlışlıqla olduğunu dedilər. Avropa İnsan Haqları Məhkəməsinə (AİHM) getmək zəruridir. Məndə olan məlumata görə, zərərçəkənlər AİHM-ə gedəcək. Bütün detallar araşdırılacaq. Səfirin saxlanılması ilə bağlı üzr istənildi”, - Türkiyə rəsmisi bildirib.

Qeyd edək ki, Almaniyadan Hollandiyaya səfər edən Türkiyənin Ailə və Sosial Siyasət naziri Betül Kaya sərhəddə saxlanılaraq, qeyri-qanuni şəkildə polis məntəqəsinə aparılmışdı.




Digər xəbərlər
SON XƏBƏRLƏR
16:29 27.09.2025

Yol (esse)

00:01 27.09.2025

Bu gün ANIM GÜNÜdür

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA