Trampla Merkelin ilk görüşü təxirə salındı - Ağ Evdən açıqlama

img

13-03-2017 [23:55]


ABŞ prezidenti Donald Tramp və Almaniya kansleri Angela Merkel arasında martın 14-ə planlaşdırılan görüş Vaşinqtonda gözlənilən şiddətli qarla əlaqədar təxirə salınıb.

Bu barədə ABŞ prezidentinin mətbuat katibi Şon Spayser bildirib.

"Prezident Tramp Almaniya kansleri ilə telefon danışığı aparıb. Tərəflər qeyri-sabit hava şəraiti əlaqədar görüşün cümə günü, martın 17-ə keçirilməsi barədə razılığa gəliblər. Danışıqların gündəliyi dəyişməz qalıb”, – deyə Ş.Spayser bildirib.

Qeyd edək ki, bu, Merkel və Tramp arasında keçiriləcək ilk rəsmi görüş olmalı idi.

APA

Digər xəbərlər
SON XƏBƏRLƏR
16:29 27.09.2025

Yol (esse)

00:01 27.09.2025

Bu gün ANIM GÜNÜdür

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA