"Bu, bir təxribatdır" - Baş nazirdən Hollandiya bayrağının endirilməsinə sərt reaksiya

img

13-03-2017 [11:09]


Türkiyənin baş naziri Binəli Yıldırım Niderlandın İstanbuldakı konsulluğu üzərindəki bayrağının endirilməsinə, onun türk bayrağı ilə əvəzlənməsinə kəskin etiraz edib.

O, "Habertürk" qəzetinə müsahibəsində baş verənlərə belə reaksiya verib: "Bunu kim, niyə, nədən edər? Bu, bir təxribatdır, bunlardan uzaq durmaq lazımdır"..

Binəli Yıldırım Niderlandla münasibətlərin bir müddət sonra yenidən normallaşacağına inamını ifadə edib. Baş nazir bununla yanaşı, qarşı tərəfə xəbərdarlığını da səsləndirib: "Ölkələr arasında daimi dostluq, düşmənçilik olmaz. Münasibətlər zaman-zaman gərilər, düzələr. Sonu nə olursa-olsun, Türkiyəni, milləti təhqir, cəmiyyəti narahat edəcək heç bir hərəkətə boyun əymərik, qarşılığını ən sərt şəkildə verərik". 

Xatırlaadq ki, yarım saatdan sonra polis Niderland bayrağını konsulluğun üzərinə geri qaytarıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR
16:29 27.09.2025

Yol (esse)

00:01 27.09.2025

Bu gün ANIM GÜNÜdür

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA